İstanbulda Heydər Əliyevin xatirəsi anılacaq

Dekabrın 12-də İstanbuldakı  Heydər Əliyev meydanında Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi ümummilli lider Heydər Əliyevin  vəfatının 9-cu ildönümünə həsr edilən mərasim  keçiriləcək. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, mərasimdə  çox sayda siyasi xadim, millət vəkilləri, elm və incəsənət dünyasının nümayəndələri, işadamları, İstanbuldaki Azərbaycan icmasının təmsilçiləri və siyasi təşkilatların rəhbərləri  iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00