Aydın Mirzəzadə: “Rusiyanın Qəbələ RLS-in fəaliyyətinin dayandırılması əməkdaşlığın dayandırılması demək deyil”
11 Dekabr 2012 15:51 Siyasət"Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə əlaqədar intensiv danışıqlar aparılıb. Dövlətimiz danışıqlarda Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı Rusiya tərəfi ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bütün dövr ərzində nümayiş etdirib. Ancaq bununla belə danışıqlar zamanı adı çəkilən stansiyanın icarə haqqı ilə bağlı razılaşmanın əldə olunması mümkün olmayıb". Bu aşıqlamanı millət vəkili Aydın Mirzəzadə "facebook" səhifəsində yazıb. A.Mirzəzadə qeyd edib ki, Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib: "Hesab edirəm ki, Rusiya tərəfinin Qəbələ RLS-in fəaliyyətinin dayandırılması ilə əlaqədar notası hər iki ölkənin diplomatik qaydalara yüksək hörmətin əlamətidir. Bu heç də əməkdaşlığın dayanması demək deyildir. İki ölkə arasında bir çox sahərlərdə əməkdaşlıq var və bu spektr kifayət qədər genişdir. İnanıram ki, Azərbaycan və Rusiya arasında əməkdaşlıq bir çox sahələrdə bundan sonra da davam edəcəkdir."