Oqtay Əsədov: “Rusiyanın Qəbələ RLS-dən imtinasını dövlətlərarası münasibətlə əlaqələndirmək düzgün deyil”

"Rusiyanın Qəbələ RLS-dən imtinası problemli məsələ deyil". Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədovun sözlərinə görə, bununla bağlı komissiya yaradılmışdı: " Məsələyə baxıldı və belə bir qərar qəbul edildi. Bunun iki dövlət arasındakı münasibətə heç bir təsiri yoxdur. Rusiya Qazaxıstanla Baykanurla bağlı 2050-ci ilə qədər müqavilə bağlamışdı, indi müqaviləyə yenidən baxılır. Bu, o demək deyil ki, Qazaxıstanla Rusiyanın münasibətləri pozuldu. Bunu dövlətlərarası münasibətlə əlaqələndirmək düzgün deyil". Millət vəkili  Mübariz Qurbanlı deyib ki, Azərbaycan tərəfinin Qəbələ RLS-lə bağlı mövqeyi Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov tərəfindən açıqlanıb: "Müxalifət bununla bağlı Azərbaycan cəmiyyətində səhv rəy yaratmasın. Bu, üçüncü qüvvələrə kömək edir. Azərbaycanın mövqeyi açıqdır və bu, Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyəcək".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00