Spikerdən haqlı irad
Xarici ölkələrin parlamentlərində deputatımız niyə yoxdur?
11 Dekabr 2012 15:43 Siyasət"Dünyada 10 milyon erməni var, lakin onlardan 8 milyonu xaricdə yaşayır. Ermənistanın özündə isə cəmi 2 milyon əhali qalıb. Biz xaricdə yaşayan ermənilərə diqqət yetirməliyik". Bunu deyən Milli Məclisin sədri Oqtay Əsədovun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin hakimiyyət orqanlarında təmsilçiliyinə xüsusi diqqət yetirilməlidir: " Bu yaxınlarda 28 erməni Rumıniya parlamentinə üzv seçilib. Bizimkilər isə bir-birinə dəstək vermir. Sankt-Peterburqda 350 min azərbaycanlı, Ukraynada 500 min azərbaycanlı yaşayır, amma bir deputatımız yoxdur. Biz bu məsələlərə diqqət yetirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00