Rusiyanın Qəbələ RLS-dən imtinası… - MİLLƏT VƏKİLİ
Əli Əhmədov: “Bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək”
11 Dekabr 2012 15:42 Siyasət"Rusiyanın Qəbələ RLS-dən imtina etməsi bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək". Bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. Millət vəkili bildirib ki, Qəbələ RLS-lə bağlı icarə müddətinin artırılması Azərbaycan tərəfindən təklif edilib: " Rusiya, sadəcə bu təklifi qəbul etməyib. Hesab edirəm ki, RLS-dən imtina məsələsi də, dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır". Ə.Əhmədov əlavə edib ki, Azərbaycanın RLS-dən istifadə etməsi məsələsinə mütəxəssislərin rəyindən sonra baxıla bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00