Ölüm lənətlənmiş ruh kimi ortada gəzir - AÇIQLAMA

Ərəstun Oruclu: “Problemlər qanlı və gərginlik işərixində həll olunacaq”

Dünyada baş verən qarışıqlıq ortaya qorxulu şəkil çəkib. Bütün siyasi hərəkətlilik haqqında verilən bütün proqnozlar qısa müddətdən sonra alt-üst olur. Misiri yenidən vuran "Ərəb baharı", Suriyada davam edən vətəndaş müharibəsi, İsrail-Fələstin savaşı, İsrail-İran müharibə təhlükəsi, Kremlin birlik mesajları sonun başlanğıcı effektini əks etdirir. Bəşəriyyət Kreml, Ağ Ev və MOSSAD-ın qorxulu ideyaları ilə məhv olmasının dəhşətini yaşayır. Artıq dünyanın sonunu gətirəcək qorxulu III Dünya Müharibəsi qara kölgə kimi ortada gəzir. Məsələyə münasibət bildirən politoloq Ərəstun Oruclunun sözlərinə görə regionda və dünyada baş verən siyasi hərəkətliliyin III Dünya Müharibəsinə gətirib çıxaracağı o qədər də inandırıcı görünmür: "Ancaq, Yaxın Şərq və Cənubi Qafqazda gərginlik olacaq. Bəlli idi ki, ABŞ-dakı  prezident seçkilərindən sonra həllini tapmamış münaqişələr bölgədə bir nöz gərginləşmə və yüksələn xətt üzrə gedəcək, inkişaf edəcəkdi. Proqnozlar özünü doğruldur. Azərbaycan üçün ən pis nəticə İsrail-İran müharibəsinin başlanması ola bilər. Bu o halda baş verə bilər ki, ABŞ və NATO İsrailə dəstək versin. NATO və Amerika İsrailə dəstək verməsə, İsrailin təkbaşına bu qərara getməsi inandırıcı görünmür. Hər kəs bunun məsuliyyətini yaxşı dərk edir. Məlumdur ki, bu müharibə Yaxın Şərqdə hansı fəsadlara yol aça bilər. Münaqişələr qanlı və gərgin həll olunacaq. Ancaq, bu III Dünya Müharibəsinin başlanması demək deyil"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00