Asif Qurban:”Sinan Oğanın bu fikirləri diaspor komitəsindən dəstək alan təşkilatlara aiddir”
11 Dekabr 2012 14:07 SiyasətÖtən həftə KİV-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından olan üzvü Sinan Oğanın müsahibəsi yayınlanmışdı.Musabibədə Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Türkiyənin nə edə biləcəyinə və Azərbaycanın Türkiyədən nə istədiyinə Türkiyə hökumətinin yetərincə kömək göstərdiyini dəyərləndirən millət vəkili onu da bildirmişdir ki, "Türkiyədəki Azərbaycan diasporu bərbad vəziyyətdədir"
Bu məsələ ilə əlaqədar fikirini bildirən Türkiyənın İzmir şəhərində yaşayan həmyerlimiz, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, iqtisad elmlər doktoru Asif Qurban "Sinan Oğanın bu fikirləri diaspor komitəsindən dəstək alan təşkilatlara aiddir"-deyə müxbirimizə söyləmişdir. O, fikirlərinə davam edərək bildirmişdir:
- Mən Sinan bəyin Azərbaycan mətbuatında genış yayılan fikirləri ilə tanışam və onun dediklərindəki həqiqətlər hər birimiz üçün olduqca maraqlı və diqqət çəkəndir.Birinci növbədə onu qeyd etmək istərdim ki, Sinan bəy bütün vətənpərvər azərbaycanlıların, eləcə də cəmiyyətin dəyər verdiyi, Azərbaycanın milli maraqlarını qoruyan və təmsil olunduğu bütün yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə bu prinsipə daimi olaraq əməl edən millət vəkilimizdir, ona olduqca böyük hörmətimiz vardır. Onun söylədikləri bu günümüzün reallıqları olmaqla yanaşı, həm də dedikləri həqiqətlərə söykənir. Mən hesab edirəm ki, Sinan bəy, diaspor iş görmür deməklə, hər halda Diaspor Komitəsindən dəstək alan təşkilatlatları nəzərdə tutub. Çünkü bu təşkilatlar bu qurumdan dolayı və birbaşa yolla yardım alırlar. Ona görə, Sinan bəyin qeyd etdiyi fikirləri daha çox bu qurumlara aid edilməlidir. Amma bu gün Türkiyədə elə təşkilatlar var ki, heç bir qurumdan dəstək almadan fəaliyyət göstərirlər və Azərbaycan namina böyük işlər görürlər.
- Yəqin ki, siz burada özünüzün də fəaliyyətinizi nəzərdə tutursunuz. Bildiyimizə görə Türkiyədə Azərbaycan diasporunun güclənməsində sizin də xidmətləriniz var. Xocalı soyqırımı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşünüz haqqında mətbuatda da məlumatlar gedib...
- 1995-ci ildən bu yana Türkiyədə Xocalı soyqırımı ilə bağlı müxtəlif miqyaslı tədbirlər, yerli və beynəlxalq konfranslar, onlarca mitinqlətlər təşkil etmiş və keçirmişik. Bu tədbirlərdə Türkiyənin cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilən və kifayət qədər siyasi çəkisi olan ziyalılar iştirak etmişlər.Vacib və önəmli görüşlərimiz gerçəkləşib. 2012-ci ilin ilin yanvar ayında Dünya Azərbaycanlıları Konqresi idarə heyəinin üzvü kimi Türkiyə Böyük Millət Məclisinin sədri, hörmətli Cəmil Çiçəklə görüşmuş və bir sıra mövzularla bərabər Xocalı soyqırımının TBMM-də gündəmə gəlməsi barəsində görüşümüz oldu. Mən onda hazırladığım materialları TBMM-yə təqdim etmişəm. Hər bir TBMM millət vəkillərinə Xocalı faciəsini ortaya qoyan CD-lər vermişəm. Bu barədə AKP qrup başqan vəkili Mustafa Elitaş, CHP başqan vəkili Emine Ülker Tarhan və MHP qrup başqan vəkili Mehmet Şandırla da görüşmüşəm. Yenə deyirəm, Sinan bəy böyük ehtimalla Türkiyədə diaspor sahəsində iş görən çox azdır və ya bir iki şəxsi çıxmaq şərti ilə bağlı fikirləri, Diaspor Komitəsindən dəstək alıb iş görməyənləri nəzərdə tutub.