“Türkiyə parçalanmayacaq” - AÇIQLAMA
Hafiz Hacıyev: “Türkiyə öz ərazisində Kürdüstan dövlətinin yaranmasına icazə verməyəcək”
11 Dekabr 2012 13:47 SiyasətABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyə barədə sensasion iddia irəli sürdü. İdarənin "Beynəlxalq trendlər 2030" hesabatına görə bölgədə Kürdüstan dövlətinin yaradılması Türkiyənin parçalanmasına gətirib çıxaracaq. Ən maraqlısı da odur ki, regionda Kürdüstan dövlətinin yaranmasında maraqlı olan əsas qüvvə elə Amerikanın özüdür. MKİ-nin nümayiş etdirdiyi hesabat əslində Ağ Evin planlarını əks etdirir. Regionda Türkiyənin əleyhinə işləyən, ABŞ-İsrail dəstəkli qarşıdurmaların hansı nəticəni ortaya qoyacağını vaxt göstərəcək. Məsələyə münasibət bildirən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə Türkiyənin parçalanması haqqındakı iddialar reallığa söykənməyən faktlardır: "Bu heç vaxt öz əksini tapa bilməz. Böyük dövlətlər çalışırlar ki, Türkiyənin regionda artan nüfuzunu aşağı salmaq üçün istər daxili, istərsə də ərazi bütövlüyü üçün müxtəlif parçalanmaları həyata keçirsinlər. Buna görə də Türkiyə ətrafında olan müəyyən qüvvələri Türkiyəyə qarşı fəallaşdırırlar. Türkiyə öz əraizində ikinci dövlətin yaranmasına asanlıqla icazə verməyəcək. Bu mümkün olan məsələ deyil" (OLAYLAR İA)