XİN rəsmisi QDİƏT Biznes Şurasının baş katibi seçilib
11 Dekabr 2012 13:13 Siyasətİstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının 45-ci İclasında ölkəmizi Azərbaycanı Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Konfederasiyadan "OLAYLAR"-a verilən məlumata görə, tədbir çərçivəsində QDİƏT-in Biznes Şurasının baş katibi vəzifəsinə seçkilər keçirilib. QDİƏT-in Biznes Şurasının mövcud olduğu 20 il ərzində ilk dəfə olaraq Azərbaycan nümayəndəsi, Xarici İşlər Nazirliyinin diplomatı Məmməd Zülfüqarov mütləq səs çoxluğu ilə QDİƏT-in Biznes Şurasının baş katibi vəzifəsinə seçilib. Növbəti üç il ərzində Azərbaycan diplomatı Məmməd Zülfüqarov QDİƏT-in Biznes Şurasının baş katibi vəzifəsini icra edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00