YAP-çılar Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 11-də Yeni Azərbaycan Partiyasının nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. "OLAYLAR"-a verilən məlumata görə, hakim partiyanın üzvləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00