Qəbələ RLS-in qaytarılması Azərbaycan diplomatiyasının qələbəsidir

Qəbələ RLS-in Rusiyadan geri alınması Azərbaycanın qələbəsidir. Bu barədə "OLAYLAR"a açıqlamasında "Qorqud" Araşdırmalar Mərkəzinin rəhbəri, ehtiyatda olan zabit Tərlan Eyvazov deyib. Hərbi ekspert bildirib ki, bu addım sonuncu rus əsgərinin Azərbaycandan çıxarılmasıdır: "Bu Azərbaycan diplomatiyasının qələbəsidir. Azərbaycan gözlənilənlərin əksinə olaraq dirəniş göstərə bildi.  Düzü, mən də belə nəticə gözləmirdim. Bu olaya verilən əvvəlki proqnozlarda belə nəticəni heç kəs proqnozlaşdırmamışdı. Son 200 il ərzində Azərbaycan tarixində əsası Əbülfəz Elçibəy tərəfindən qoyulan bu siyasət müsbət sonluqla bitir. Axırıncı rus əsgəri Azərbaycandan çıxır. Bunu yalnız alqışlamq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00