Deputatlarımız AŞPA-nın tədbirinə qatılacaqlar

Dekabrın 11-12-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları və Monitorinq komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar - Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov və Rafael Hüseynov iştirak edəcəklər. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, iclaslarda Avropa insan haqlarının gələcəyi, həbs etmələrə alternativ variantların təşviqi, milli təhlükəsizlik və informasiyaya çıxış, Bolqarıstan və Türkiyə ilə monitorinq sonrası dialoq, Azərbaycana dair hesabatın son variantının təsdiqi, Monteneqroda son parlament seçkilərinə dair məlumat, Ukraynada son siyasi hadisələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Hüquqi işlər və insan haqları komitəsində deputat Rafael Hüseynovun "Qeyri-üzv dövlətlərin Avropa Şurasının konvensiyalarında iştirakı" mövzusunda məruzəsi dinləniləcək, bu barədə müzakirələr aparılacaq. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00