“Qəbələ RLS-in bağlanması düzgün addımdır”- Eldar Namazov
“... Kreml Azərbaycana qarşı kompaniya aparsa, bu Rusiyaya da mənfi təsir edəcək”
11 Dekabr 2012 11:16 SiyasətQəbələ RLS ilə bağlı Azərbaycan və Rusiya arasında aparılan danışıqlar nəticə vermədi. Rusiya artıq bu RLS-dən öz məqsədləri üçün istifadə edə bilməyəcək. İki ölkə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Qəbələ RLS-in bağlanması Rusiya-Azərbaycan əlaqələrinin daha da gərilməsində katalizator rolunu oynayacaq. "Qəbələ RLS-in bağlanması düzgün addımdır" deyən politoloq Eldar Namazovun sözlərinə görə Azərbaycan tərəfi bu RLS-dən heç bir xeyir görmürdü, əksinə ziyan çəkirdri: "Ona görə bu obyektin bağlanması gec-tez baş verəcəkdi. Bunun Azərbaycana hansı təsiri olacaq, zaman göstərəcək. Bir müddətdən sonra RLS-in bağlanmasının nə qədər ciddi olduğunu biləcəyik. Rusiya öz siyasi maraqları naminə qonşu ölkələrilə hansı münasibətdədir-göz qabağındadır. Eyni zamanda Qəbələ RLS ilə bağlı Kreml Azərbaycana qarşı kompaniya aparsa Rusiyaya da mənfi təsir edəcək. Məsələ ilə bağlı Rusiyanın Azərbaycana göstərəcəyi təsir ancaq, siyasi xarakter daşıya bilər. İnandırıcı görünmür ki, Kreml açıq şəkildə Azərbaycana qarşı mübarizə aparsın" ("OLAYLAR" İA)