Rusiya və Gürcüstan arasında müharibədən sonra ilk dəfə rəsmi görüş baş tutacaq
10 Dekabr 2012 18:10 SiyasətRusiya ilə Gürcüstan arasında 2008-ci ildən yaşanan müharibədən sonra ilk dəfə rəsmi görüş baş tutacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib. O, önümüzdəki günlərdə Gürcüstanın Rusiya ilə münasibətlərə dair xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşə biləcəyini söyləyib. Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri Maya Panjikidze ikitərəfli görüşün Avropa ölkələrinin birində keçiriləcəyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00