Səbaildə ulu öndər anılıb
10 Dekabr 2012 17:39 SiyasətSəbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə Azərbaycan Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin xatirəsinə hərs olunan anım mərasimi keçirib.
Rayon İcra Hakimiyyətindən "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib.
Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.
Tədbirin davamında əməkdar artist Ağalar Bayramov Vahid Əzizin "Heydərdən öyrəndim bu ləyaqəti" şerini oxuyub, Zəlimxan Yaqubun "Böyük ömrün dastanı poeması səslənib, əməkdar artist Aygün Bəylərin ifasında "Elegiya", Arzu Əliyevanın ifasında "Gözünə qurban" mahnısı ifa olunub. İştirakçıların sürəkli alqışları ilə gənc və istedadlı müğənni Ramin Qasımovun ifasında Ulu öndərin ən çox sevdiyi mahnılarından olan "Alagöz" və Təyyar Bayramovun ifasında "Küçələrə su səpmişəm" mahnıları səslənib.