Mursinin hakimiyyətdə qalması İsrailə baha başa gələcək - AÇIQLAMA
Vəfa Quluzadə: “Misirdəki siyasi böhranın arxasında İsrail, Qərb və Hüsnü Mübarəkin bütün elitası dayanır”
10 Dekabr 2012 17:31 Siyasət"Misirdə siyasi böhran dərinləşdikcə ölkə daxilindəki gərginlik daha qorxulu şəkil almağa başlayıb. Misir xalqı Hüsnü Mübarək xofundan ayılmamış yeni fəlakətlə üz-üzə dayanıb. Siyasi analitiklərin fikirlərinə görə Misiri "Ərəb baharı"nın növbəti və ən böyük dalğası vuracaq. "Heç bir qüvvə "Müsəlman Qardaşları"nın hakimiyyətə gəlməsi ilə razı deyil, ilk növbədə Qərb, İsrail və ABŞ. Çünki, Misirdə yeganə, toparlı, münəzzəm bir qüvvə var ki, o da "Müsəlman Qardaşları"dır" deyən politoloq Vəfa Quluzadənin sözlərinə görə onlar Misirdə bir toparlı dövlət yaratsalar bu dövlətin ideologiyası ərəb torpaqlarını İsrail işğalından azad etmək olsa bu İsrailə baha başa gələ bilər: "O səbəbə görə də onlar axıradək müqavimət göstərəcəklər. Misirdəki siyasi böhran özbaşına deyil. Müəyyən qüvvələr var ki, insanları çağırır ki, mübarizəni davam etmək lazımdır. Hələ prezident bir iş görməyib, iş başına keçməyib və insanlar küçələrə axışaraq deyirlər ki: "Mursi rədd olsun". Bütün bunların arxasında İsrail və Qərb dayanır. Hüsnü Mübarəkin bütün elitası bunun arxasındadır. Hüsnü Mübarək Amerikanı qane edir, lakin bütün xalq diktatora nifrət edir. Bu xalqın da yarısı dünyəvidir, dindar deyillər. Bu qüvvələr də "Müsəlman Qardaşları"nın Misirdə din dövləti yaratmasını bəhanə edərək bütün ölkəni onların əleyhinə çevirmək istəyirlər" (OLAYLAR İA)