Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi təqdirəlayiqdir - AÇIQLAMA

"Siyasi partiyalara dövlət maliyyəsinin ayrılması çox təqdirəlayiq haldır. Ümumiyətlə, partiyaların dövlət büdcəsindən maliyyə alması təcrübəsi başqa ölkələrdə də var. Azərbaycanın da sosial-iqtisadi imkanlarının artması siyasi partiyalara dövlət büdcəsindən yardım ayrılmasına imkan verib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına partiyanın İcra katibinin müavini Mübariz Qurbanlı deyib. Bildirib ki, dövlət büdcəsindən ayrılan 2,5 milyon manat vəsait siyasi partiyaların inkişafına dəstək verəcək, eləcə də, bu maliyyə partiyaların cari xərclərinə sərf olunacaq: "Büdcədən ayrılan vəsait heç də üzvlük haqlarının toplanmasını dayandırmayacaq. Dövlətin ayırdığı yardım indiki şəraitdə siyasi partiyaların bəzi cari xərclərini ödəmək üçün də istifadə olunacaq və bu maliyyə partiyaların fəaliyyətinə, təşkilatlanmasına və inkişafına kömək göstərəcək". Hakim partiya rəsmisi deyib ki,  YAP dövlət vəsaitini qanunvericiliyə uyğun şəkildə istifadə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00