Cəmil Çiçək: Ermənistanın işğalı nəticəsində bir milyon azərbaycanlının hüquqları pozulub
10 Dekabr 2012 16:01 SiyasətErmənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz evlərindən qovulub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Beynəlxalq İnsan Hüquqları Gününün 64-cü ildönümü münasibətilə müraciətində bildirib.
Onun sözlərinə görə, işğal nəticəsində bir milyon azərbaycanlının hüquqları pozulub.
Spiker beynəlxalq ictimaiyyəti dünyada insan haqlarının pozulmasına diqqət yetirməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00