AXCP sədrinin vahid namizəd olmaq şansı artır - AÇIQLAMA
Nurəddin İsmayıl: “Əli Kərimli layiqli namizəddir”
10 Dekabr 2012 15:36 Siyasət"Bütün varlığı, davranışı, əxlaqı ilə xalqa, dövlətə, müxalif qüvvələrə münasibəti ilə Əli Kərimli ortaya bir mövqe qoyub. Mən demirəm ki, Əli Kərimlini prezidentliyə namizəd kimi qəbul edin. Amma mütləq Əli Kərimli xalqın, mübarizənin lideri kimi ortaya çıxmalıdır və xalq ona bir dəstək verməlidir". Bunu mətbuata açıqlamasında hüquqşünas Qurban Məmmədov deyib. Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyası sədrinin mətbuat Məsələləri üzrə müavini Nurəddin İsmayılın sözlərinə görə indiki məqamda söhbət kimin vahid namizədliyə alternativ olmasından yox, müxalifətin birliyindən getməlidir: "Müxalifətin vahid komanda ilə hərəkət etməsi daha vacibdir və kimin daha layiqli namizəd olması gündəmə gəlməlidir. Sözsüz ki, müxalifətdə layiqli namizədlərdən biri də Əli Kərimlidir. Bunu məhdudlaşdırmaq düzgün deyil. Müxalifət bir araya gəlib səs verməli və müzakirə qutusundan kim çıxacaqsa vahid rəyə gəlməlidirlər ki, öz arxalarında olan elektrotları da vahid istiqamətə yönəldə bilsinlər" (OLAYLAR)