Açılmayan süfrənin bir eybi var, açılmışın min… - ANALİZ

Millətləri şəxsiyyətlər xarabalığında qayçılamaq qocanın əsl simasıdır

Volodya danışmağa başlayanda ağzına çullu dovşan sığışmır. Vicdanla demək lazımdır, Putinin dilindən Stalinin fəaliyyəti haqqında rəy eşitmək adama maraqlı gəlir. "İosif Stalin şəxsiyyətinin öyrənilməsi üçün bir çox kitab oxumaq lazımdır. Stalin haqqında yazılmış kitablar yarım həqiqətlər, miflər və düşmən təbliğatının partlayıcı qarışığı kimidir. Stalin barəsində nə yaxşı, nə pis, nə də ki, ciddi tarixi tədqiqat ortaya qoya bilməyiblər. Stalin barəsində danışılanda  kütləvi cinayət qurbanları, repressiyalar haqqında köhnə mahnı eşitmək məcburiyyətində qalırıq". Düşünməyin ki, Stalin tərəfindəyik və bu şəxsə xüsusi rəğbət bəsləyib, onu mələk libasında göstərmək istəyirik. Əsla! Qəti şəkildə deyə bilərəm ki, bu fikirlərdən uzağam. Yuxarıda Stalin haqqında deyilən sözlərə fikir versəniz görərsiniz ki, cümlələrin hamısı dırnaq işarəsi içərisində yazılıb. Fikirlərin hamısı Volodyaya məxsusdur. Nə vaxtsa Kreml tribunasından deyilib. Və bütün vaxtlar üçün keçərlidir. Stalin furajkalı Volodyanın bu fikirlərinin təsiri altına düşənlər İosif haqqında faktları ortaya qoyan tarixçilərə saxtakar, şarlatan gözündə baxa bilərlər. Putin bu fikirləri ilə görünür keçmiş post-sovet məkanında yaranmış anti-Stalinist mif və stereotipləri qəbul etmək fikrindən uzaqdır. Kremlin başbiləni yaxşı başa düşür ki, onun Stalin haqqında kitab oxumağa vaxtı yoxdur. Və indidən İosif haqqında yaranmış mənfi situasiyanı aradan götürmək üçün bu fikirlər ətrafında mövcud vəziyyəti dəyişmək istəyindədir. Volodya heç də əbəs yerə baş qaşıyan oğlanlardan deyil. Çünki, Putin indidən öz müəlliminin portretini asmaq üçün ruslar demişkən "zakaz" verib. Putin bunun təsdiqi kimi son MDB ölkə liderlərinin zirvə görüşündə post-sovet ölkələrinin Rusiya ətrafında birləşmək sözünü işlətdi. Həqiqətən bu çox təhlükəli mesaj idi. Putin qocadır, amma özündən çox razı danışır. Necə ki, bu cür vəziyyətə qarşı atalarımız yaxşı söz deyib: "Ağa nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm". Putin tribuna qarşısına keçən kimi demiş olduğu bu ibarələr indidən post-sovet adamına Stalin simasında əxlaqlı adam obrazı yaratmaqdır. Çünki, Stalini bu libasla pərdələmək Volodya üçün qalxan rolunu oynayacaq. Çox güman ki, yaxın müddət ərzində Ukrayna, Qırğızıstan, Ermənistan və Türkmənistan kimi digər ölkələr də Mussolini, Hitler, Lenin və Stalin ardıcıllığını unudacaq. Bunu Volodya istəyəcək, o yaşlıdır və nə demək istədiyini çox gözəl bilir. Putin bu gün Kreml tribunasında xalqlara ən pis xainləri yaddan çıxarmağa çağırır.
Qoca insanları beyinlərində yaratmış olduqları xain, axmaq, qəddar və əxlaqsız obrazları öldürüb beyin qəbiristanlığında dəfn etdirməyi tələb edir. Əslində Volodyanın bu tələbi XX əsrin əvvəllərindəki kimi müxtəlif sivilizasiyaların fikirlərinə zorakı müdaxilədir. Volodya qocalar kimi asta-asta aramla danışır və bir gün "furajkalı adam" kimi yumruğunu masaya çırpıb millətləri zorakılıq burulğanına atacağını da istisna etmir. Ancaq, Kremlin planında apexi yenidən yaratmaq üçün 15 xətt müəyyən edilib. Və bu 15 xəttin içərisində Litva və Latviya yoxdur. Estoniyanın Rusiyadan "Transdinyester" aslılığını nəzərə alsaq estonlar da 15 xətli paralel işərisindədir. Volodikin əmrində yeni adlar var: Suriya və Türkiyə. Türkiyə nə qədər absurd olsa da əski daşlarla hörülmüş Kreml otaqlarında əlində "furajkalı"nın qəlyanı olan Volodyanı düşündürür. Cəfəngiyyat kimi görünsə də Volodya Türkiyəni də şəxsiyyətlər xarabalığında görməkdən məmnun olacaq. Qoca artıq əmrini verib, məsələni bişirib, duzlayıb və şişə çəkib.
Putin və Stalin - bu iki şəxsiyyətin siyasi manevri, xarakteri və quruluğu çox oxşardır. Tək əllə fantastik güc gəlmək, insanlarla ünsiyyəti və ictimaiyyətə sirr qalan ortada insan üzərinə gələrkən dik ayağa qalmağına qədər fərqsizdirlər. Sonucda hər ikisi eyni ideyanın ifaçılarıdır: gücünü göstərmək üçün çökdürmək, ölümlə hədələmək, öldürmək, məhkum etmək, süründürmək, azadlıqları məhdudlaşdırmaq və əllərdən almaq, ətraf dairəsinin nəzərində ehtiyatlı, praqmatik və ağıllı lider imicini yaratmaq. Putinin Stalinə olan rəğbət indeksi İosifin tökdüklərini yerdə qoymağa imkan vermir. Məhz bu düşüncə tərzi regionda yeni Stalinin zühur etməsində katalizator rolunu oynayır. Əvəzində Volodikin fonunda Stalini humanist şəxsiyyət imici yaradacaq absentist, absol, adept, alarmist və alter şəxsiyyət şəkli ortaya çıxır. Stalinin ümumi dünyagörüşündə bu şəkilləri özündə fövqəltəbii güc kimi hiss edən Volodya üçün millətləri qayçılayıb istədiyi formaya salmaq kağız kəsmək kimi adidir. Volodyanın bu siyasi üsulu feodal əsrinin xalqlara "Xaç yürüşləri"nin klassik ənənəsidir.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00