Etibar Məmmədov vahid namizəd ola bilər - AÇIQLAMA
Fuad Qəhrəmanlı: “Etibar Məmmədov namizəd olsa buna hörmətlə yanaşacağıq”
10 Dekabr 2012 13:15 SiyasətƏli Oruclu: "Bu barədə hələ fikir demək düzgün deyil"
İctimai Palata vahid namizəd məsələsində ortaq nəticəyə gəlmədikcə ortaya alternativ adlar çıxmağa başlayıb. Bu barədə mətbuata açıqlama verən AMİP sədri Yusif Bağırzadə iddia edir ki, Etibar Məmmədov vahid namizəd ola bilər. Yusif Bağırzadənin sözlərinə görə sabiq AMİP sədri Etibar Məmmədov müxalifətçilər içərisində ən potensiallı siyasətçidir. Məsələyə münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözlərinə görə hər bir siyasi partiyanın öz namizədini seçmək hüququ var və müxalifət buna hörmətlə yanaşır. AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu isə deyir ki: "Etibar Məmmədov seçki marafonunda namizəd olacaq, yaxud olmayacaq bu bəlli deyil. Ona görə də bu barədə qəti nə isə demək düzgün deyil" (OLAYLAR İA)