Moskvada ulu öndər Heydər Əliyev anılacaq
10 Dekabr 2012 12:44 SiyasətMilli Məclisin deputatı Rasim Musabəyov ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfransda iştirak etmək üçün dekabrın 10-da Rusiyaya səfər edəcək. Bu barədə Milli Məclisin mətbuat zidmətindən "Olaylar"a verilən məlumata görə, ölkənin paytaxtı Moskva şəhərində keçiriləcək toplantı Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. Səfər dekabrın 13-də başa çatır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00