İctimai Palata buraxılacaq
ADP funksioneri: “Dekabrın sonuna qədər bu, reallaşacaq”
10 Dekabr 2012 10:53 SiyasətDekabrın sonuna qədər İctimai Palata buraxılacaq. Bu barədə məlumatı İctimai Palata üzvü olan ADP fəallarından biri verib. Onun sözlərinə görə, AXCP ilə Müsavat arasında prezidentliyə vahid namizəd məsələsi həll edilmədiyindən qurum buraxılmalıdır: "AXCP tərəfi çox istədi ki, qurum Əli Kərimlinin vahid namizədliyini dəstəkləsin və seçki blokuna çevrilsin. Amma Müsavat buna razı olmadı. Seçkiyə bir il qalıb, vahid namizəd məsləsi hələ həllini tapmayıb. Bundan sonra bu məsələnin həlli mümkün görünmür. Ona görə də İctimai Palata buraxılmalıdır. Yəqin ki, bu ayın sonuna qədər İctimai Palata özünü buraxacaq". Xatırladaq ki, qurum 2010-cu il parlament seçilərinin nəticələrinə etiraz edən keçmiş namizədlər tərəfindən yaradılıb.