Səfər Əbiyev Moskvaya niyə gedib?

Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bazar ertəsi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb.Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişi və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.Səfər zamanı müdafiə nazirinin bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarını imzalayacağı da gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00