Müxalifətin yeni birliyi təsis ediləcək
10 Dekabr 2012 09:39 SiyasətVətəndaş və İnkişaf, Yaşıllar və Ədalət Partiyasının təmsil olunacağı birliyin gələn ay rəsmən təsis ediləcəyi gözlənilir. "OLAYLAR"-a məlumat verən Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasının üzvü Araz Zeynalov deyib ki, hər üç partiya bu barədə yekun razılığa gəlib: "Hazırda yeni yaradılacaq müxalifət birliyinin adı üzərində məsləhətləşmələr gedir. Hər üç partiya müəyyən adlar təklif edib. Partiya sədrlərinin ümumi razılığından sonra birliyin adı açıqlanacaq. Eyni zamanda yeni yaradılacaq birliyin əsasnaməsinin hazırlanması istiqamətində də işlər gedir". Araz Zeynalov deyib ki, hələlik yeni birlikdə 3 partiya təmsil olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00