VHP bəyanat yaydı
Partiya Tehranın iç üzünü göstərdi
7 Dekabr 2012 17:32 Siyasət"İran səfirliyinin diplomatik missiyasını aşan bu bəyanatı özünüifşaya yönəlib: bu ölkə insan haqlarına qarşı olduğunu, terrorçu və separatçı rejimlərə dəstək verdiyini dəfələrlə təsdiqləyib". Bu fikirlər Vətəndaş və Həmrəylik Partiyasının yaymış olduğu bəyanatda öz əksini tapıb. "OLAYLAR"-a daxil olan məlumata görə, İran səfirinin etirazına cavab olaraq verilən bəyanatda rəsmi Tehranın özünü müsəlman dövləti adlandırmasına baxmayaraq hələ də işöalçı Ermənistana dəstək verməsi pislənilir. Bəyanatda bildirilir ki, İran səfirliyinin bu bəyanatı da İran dövlətinin şiə-müsəlmanlara və insan haqlarına qarşı tutduğu yanlış yoldan dönmədiyinin, İranın bir xalqlar həbsxanası olduğunun, burdakı şovinizmin rəsmi siyasətə çevrildiyinin təzahürüdür.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyi Dünya Azərbaycanlıları Konqresinin 5 dekabr tarixində "Azərbaycanın Quzeyi və Güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələr" mövzusunda keçirilən tədbirə və VHP sədri, DAK həmsədri Sabir Rüstəmxanlıya qarşı bəyanat səsləndirib. Bəyanatda DAK, o cümlədən Sabir Rüstəmxanlı "separatçı" adlandırılıb, "Cənubi və Şimali Azərbaycan" ifadələri "saxta və heç bir tarixi əsası olmayan termin" kimi qələmə verilib.