Zahid Oruc: “Milyarderlər İttıfaqı”nda anti-Azərbaycan mövqeləri var”

"Milyarderlər İttifaqının", xüsusilə, Söyün Sadıqovun müxalifləşdirilməsi və onun üzərində konkret olaraq anti-hakimiyyət cəbhəsi açılması, bizim buna qədərki dövrdə müxtəlif ehtimallarımızı tamamilə təsdiq edir. Yəni, biz bəyan edirdik ki, Rusiyanın ayrı-ayrı dairələri Azərbaycanın xarici siyasət istiqamətlərinə, ölkə daxilində müxtəlif məsələlərə müdaxilə üçün o məkanda uzun müddətdən bəri yaşayan, çalsan, milyonlarını milyarda çevirən şəxsləri ələ almaqda və Azərbaycan əleyhinə siyasətə qoşmaqdadırlar". Bunu  deyən millət vəkili  Zahid Orucun sözlərinə görə, S. Sadıqov elə bir tanınmış persona deyil, onu sadəcə, bəzi dairələr son dövrlər media "qəhrəmanı"na çevrməkdədirlər və hiss olunur ki, əslində xüsusi bir potensialı daşımasa da, həmin şəxs ancaq faktiki olaraq, bağlı olduğu mərkəzlərlə pis işləmir: "Bu dövr ərzində guya ki milli-mədəni hüquqlar üzərində qoruyuculuğunun onun hansı azərbaycanlıların nə qədər hissəsinin həyatlarını yaxşılaşdırmağa, hüquqlarını qorumağa yetdiyini, çatdığını söyləmək çox çətindir.  Bunu necə deyərlər, özü təqdim edir. Ancaq həmin adam tərəfindən ölkə daxili siyasi məsələlərin şərhi kifayət qədər diletant təsirləri yaradır. Bir tərəfdən ona görə ki, söhbət  məhz həmin o ittifaqa münasibətdən gedirdisə, bu dövlətin maraqlarını, Rusiya ilə əlaqələrini, dostluq münasibətlərini  genişləndirməyi hədəf edən bir qurum öz hədəflərini  Azərbaycanın ən yüksək dairələri - dövlət başçısı və onun komandası tərəfindən razılaşdıraraq həyata keçirməli idi. Ola bilməz ki, bu "birlik" özü-üzünə ad qoyan bir halda meydana çıxır və  guya ki, Rusiyanın içərisində idarəetməyə, ictimai-siyasi həyata müdaxilə edəcəklər, aktiv olacaqlar, azərbaycanlıların mənafelərini dövlət idarəçiliynə daşıyacaqlar, ancaq bu, sanki Azərbaycan hakimiyyətindən kənarda reallaşır. Ikincisi isə,  bundan dərhal sanki alternativ bir hakimiyyət komandası görərəkdən dövlət və onu  siyasi strukturları ona qarşı çıxmazdılar. Məsələnin şübhəli məqamları ondan ibarətdir ki, bu qurumun içərisində yer alanların anti-Azərbaycan mövqeləri var və bu özünü göstərməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00