Maraqlı dairələrin spekulyasiya cəhdlərinə baxmayaraq... - Millət vəkili
“Hakim partiya seçkilərə monolit qüvvə kimi vahid namizədlə gedəcək”
7 Dekabr 2012 17:20 Siyasət"Qəti şəkildə inanıram ki, qarşıdan gələn prezident seçkiləri də Azərbaycanın azad, sivil dünyaya inteqrasiyası, demokratik dəyərlərin inkişafı və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi baxımından növbəti mütərəqqi mərhələni təşkil edəcək. Hər kəs də kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bu məsələdə öz məsuliyyətini hiss edəcək və bu prosesdə üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışacaq". Bunu deyən millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, maraqlı dairələr tərəfindən bütün spekulyasiya cəhdlərinə baxmayaraq, hakim partiyanın və iqtidar komandasının seçkilərə monolit qüvvə kimi vahid namizədlə gedəcəyi şübhəsizdir: "Partiyamızın budəfəki seçkilərdə də vahid və yeganə namizədi YAP sədri, ölkə Prezidenti İlham Əliyev cənabları olacaq. Bu, təkcə Yeni Azərbaycan Partiyasının 600 min nəfərə yaxın üzvünün deyil, bütövlükdə Azərbaycan xalqının arzusu və iradəsinin ifadəsidir. Eyni zamanda, təbii ki, biz Yeni Azərbaycan Partiyasının üzvləri kimi hər birimiz partiyamızın sədrinin seçkilərdə yenidən qələbə qazanması üçün əlimizdən gələni əsirgəməyəcəyik".