Rəsmi Tehran: “Hüququmuzu tanısalar, danışıqlara getməyə hazırıq”
7 Dekabr 2012 16:41 Siyasətİran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst dekabrın 7-də jurnalistlərə açıqlamasında İranın Qərblə nüvə danışıqları aparmaq şərtindən danışıb.
"Media forum" saytının məlumatına görə, Ramin Mehmanpərəst deyib: "5+1" qrupuna üzv ölkələr (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) müxtəlif fikirlər ortaya qoyur, İranla nüvə danışıqlarının davam etdirilməsini istəyir. Biz də müzakirələrin davam etdirilməsi məsələsinə müsbət yanaşırıq. Lakin hesab edirik ki, danışıqlara məntiqi bir yanaşma tərzi ilə başlamaq lazımdır. Çünki belə olduqda sürətlə nəticə əldə etmək olar. Güman edirik ki, bizim uranı zənginləşdirməklə bağlı hüququmuzu tanısalar, biz Qərblə danışıqlara getməyə tam hazırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00