Davudoğlu:"Qarabağ münaqişəsinin həlli Türkiyənin də qarşısını açacaq"
Türkiyənin xarici işlər naziri seçkiqabağı münasibətlərdə irəliləyiş əldə etməyin çətin olduğunu deyib
7 Dekabr 2012 12:49 Siyasət"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan danışıqlardan nəticə əldə olunmasını istəyirik". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Sabah" qəzetinin "Türkiyə-Ermənistan münasibətlərində 2015-ci ilə doğru hər hansı irəliləyiş ola bilərmi? sualını cavablandırarkən deyib. Nazir, bunun Türkiyənin də qarşısını açacağını bildirib.
Türkiyə xarici siyasət idarəsi rəhbəri İstanbulda rusiyalı həmkarı Sergey Lavrovla görüşdüklərini vurğulayıb. "Gələn il yazda Ermənistanda, payıza isə Azərbaycanda prezident seçkiləri olacaq. Seçkiöncəsi münasibətlərdə irəliləyiş əldə etmək çətindir. Psixoloji mühit münasib deyil".