Minsk Qrupunun fəaliyyəti qaneedici deyil-Mübariz Qurbanlı
7 Dekabr 2012 10:38 Siyasət"ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibət bildirilməlidir. Çünki məhz bu təşkilatın Minsk qrupu münaqişənin həlli prosesi ilə məşğul olur". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı çıxış edib. Hakim partiya rəsmisi deyib ki, hazırki toplantıda da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cari məlumatlar dinlənilə bilər: "Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siysəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur". Mübariz Qurbanlının sözlərinə görə, hazırki şəraitdə Minsk Qrupu sülh prosesinin sürətlənməsinə təsir göstərə bilmir.