Yeni inqilab dalğalanır - RƏY

Cümşüd Nuriyev: ““Ərəb Baharı”nın Azərbaycanda davam etməsi mümkün deyil”

İslam ölkələrində başlayan inqilab dalğası yenidən Misirə qayıdır. "Ərəb Baharı" adı verilən inqilabların yeni ölkələrə yayılması proqnozlaşdırılır. Bu ölkələrin ən başında İran dayanır. Bəs bu inqilab dalğasının Azərbaycana hansı təsiri ola bilər. "İslam ölkələrində baş verən inqilabların Azərbaycanı vurması üçün şərait yoxdur" bu barədə "OLAYLAR"a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.  C.Nuriyevin sözlərinə görə Ərəb ölkələrində baş verən inqilabların əsas səbəbi ABŞ-ın Yaxın Orta Şərq planıdır: "Çünki, Türkiyəni favorit dövlət, İslam ölkələrinin lideri etmək üçün bu addımı atmaq lazım idi ki, Yaxın Orta Şərqin "cığal övladı olan" İsrailin əl-ayağı yığışdırılsın. Azərbaycanda siyasi vəziyyəti pozmaq üçün 22 iqtisadi faktor tələb olunur, onun da yalnız 5-i pozulub. 6 hüquqi faktordan yalnız biri pozulub, burada insan haqqları barədə narazılıqlar var. Hələlik hərbi faktor yoxdur, amma gündəmdədir. Xarici faktorlar içərisində Rusiya faktoru və balanslaşdırılmış Qərb faktorları da var. Bütün bu nəticələri gözdən keçirəndə "Ərəb Baharı"nın Azərbaycanda davam etməsi mümkün deyil. Bu ancaq, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra baş verəcək qarşıdurmalar nəticəsində baş verə bilər ancaq, bu da baş tutmayacaq" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00