NATO “PATRİOT”u kimə xidmət edir? - AÇIQLAMA

Elçin Mirzəbəyli: “NATO “PATRİOT”unun Türkiyədə yerləşdirilməsinin arxasında qaranlıq məqam yoxdur”

NATO "PATRİOT"unun Türkiyə-Suriya sərhədində yerləşdirilməsi bəzi şübhələr yaradır. ABŞ ya Türkiyə üçün Suriyadan gələcək təhlükələr üçün tədbir alıb, yaxud Şimali İraqda yaradılmış Məsud Bərzani hökumətinə dəstək olacaq. Bütün hallarda NATO-nun pərdəarxası, gizli niyyətləri məxfi qovluqda saxlanılır. Məsələyə münasibət bildirən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə NATO üzvü kimi Türkiyənin ən təbii haqqıdır ki, təşkilat vasitəsilə öz təhlükəsizliyini təmin etsin: "NATO-nun Türkiyə-Suriya sərhədlərinə öz "PATRİOT"larını yerləşdirməsi məsələsinin ana xəttində ilk növbədə Türkiyənin təhlükəsizliyi faktoru dayanır. Suriyada baş verən hadisələr Türkiyə üçün ciddi təhlükələr, təhdidlər yaradır. Sadəcə olaraq Suriya hal-hazırda idarəolunmaz vəziyyətə gəlib çıxıb. Suriyadan həm müxaliflər, həm Bəşər Əsəd, həm də ayrı-ayrı dövlətlər tərəfindən msliyyələşdirilən terrorçu qruplaşmalar tərəfindən təhdidlər var. İndiki məqamda da Türkiyə özünün maraqlarını müdafiə etmək məcburiyyətində qalıb. Belə bir şəraitdə NATO "PATRİOT"larının Türkiyə ərazisində yerləşdirilməsinin arxasında heç bir problem olmayacaq. Burada qeyri-adi bir nəticə axtarmağa dəyməz" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00