Asim Mollazadə ABŞ senatorları ilə görüşüb
Ermənistanın təcavüzü məsələsi müzakirə edilib
6 Dekabr 2012 15:19 SiyasətDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ səfəri zamanı senatorlar Pat Tumile və Kelli Ayottla görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regionda vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, Ermənistanın təcavüzü, regiondakı inkişafa və sülhyaratma prosesinə törədilən maneələr müzakirə edilib. Asim Mollazadə həmçinin konqresmenlər Pit Sesion, Co Uilson və Denni Rehberglə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regiondakı vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və terrorizmlə mübarizədə rolu, Ermənistanın təcavüzü, regiondakı münaqişələrin həlli yolları müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00