“Birlik üçün müxalifətin qüsurları çoxdur” - AÇIQLAMA

Aynur İmranova: “Bu cür məchulluqda insanlar müxalifətin arxasınca getməyəcəklər”

Demokratik Qüvvələrin Məşvərət Məclisində (DVMM) təmsil olunan AMİP sədri Yusif Bağırzadə mətbuata verdiyi açıqlamada müxalifətin vahid platformada birləşməsini təklif edib. Yusif Bağırzadə İctimai Palatanın Məşvərət Məclisi ilə birləşmək təklifini dəstəklədiyini bildirib. AMİP sədri seçkilərdə nəticə əldə etmək üçün İctimai Palata, Məşvərət Məclisi və Ziyalılar Forumunun əlaqələrinin qurulmasının əhəmiyyətli olduğunu bildirib. Məsələyə münasibət bildirən "Ümid" partiyası sədrinin müavini Aynur İmranovanın sözlərinə görə hələ il yarım bundan qabaq da "Ümid" partiyası müxalifətin birləşməsi təklifini irəli sürmüşdü: "Ümumi siyasi məsələlər uğrunda, hədəflərə doğru, vahid mövqe nümayiş etdirmək müxalifətə yalnız uğur gətirə bilər. Vahid namizəd seçmək yox, Azərbaycanda demokratiyanın inkişafı uğrunda mübarizə aparmaq lazımdır. Bunun üçün də ilk növbədə vahid proqram, vahid komanda müəyyənləşməlidir. Müxalifət kimin prezident seçilməsi üçün mübarizə aparacaqsa uduzacaq. Elçibəy hakimiyyətinin ən böyük qüsuru Azərbaycanın əksəriyyət yerində komandasının olmaması idi. Bu günki müxalifət də bunun üçün mübarizə aparmalıdır. Vahid namizədin seçilməsi üçün nə komanda bəllidir, nə proqram var, nə də gələcək vahid namizədin nə işlə məşğul olacağı proqramı bəllidir. Bu cür məchulluqda insanlar müxalifətin arxasınca getməyəcəklər. Bu gün müxalifət hər şeydən çox insanları öz arxasınca necə apara bilməsi haqqında düşünməlidir" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00