Türkiyənin ölkəmizdəki səfiri YAP-da oldu

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqunu partiyanın mənzil qərargahında qəbul edib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumundan razılıq ifadə olunub, ölkələrimiz arasında bərqərar olmuş yüksək əlaqələrin inkişaf perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00