Putin birlik mesajı verdi - MÖVQE
Rasim Musabəyov: “Rusiya elə 20 ildir ki, birlik müsajı verir”
6 Dekabr 2012 13:02 SiyasətRusiya mətbuatının məlumatına görə Rusiya prezidenti Vladimir Putin MDB ölkələri liderlərinin iclasında ATƏT-i tənqid edib. Putinin sözlərinə görə ATƏT-in bütün fəaliyyəti heç bir hüquqi normaya əsaslanmır. O, ATƏT-in şəxsi maraqlara xidmət etdiyini qeyd edib. RF prezidenti Vladimir Putin iclasdakı çıxışı zamanı post-sovet ölkələrinə Rusiya ətrafında birləşmək mesajı verib. Putin Rusiyanın vahid iqtisadi və gömrük sisteminin yaradılması qərarlarına Qırğızıstan və Türkmənistanın müsbət cavab verdiyini bildirib. RF başçısı digər post-sovet ölkələrini Rusiya ətrafında birləşməyə çağırıb. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyovun sözlərinə görə Vladimir Putinin birlik mesajları heç bir məntiqə söykənmir: "Rusiya SSRİ parçalanandan bu yana keçmiş post-sovet ölkələrinə birləşmək notaları göndərir. Artıq 20 ildən çoxdur ki, bunun mənasız olduğunun şahidi oluruq. Rusiya elə bir gücə çevrilməlidir ki, onunla birlik yaratdığı ölkələrdən fayda görsün. Hələlik isə Rusiya ölkələri ətrafında birləşdirmək gücündə deyil, ona görə də bunun faydasını görmür" (OLAYLAR İA)