ABŞ-da Rusiya diplomatlarının hərəkətləri məhdudlaşdırıldı
1 Dekabr 2016 10:41 SiyasətABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib.
APA-nın verdiyi xəbərə görə, sənədə əsasən ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.
Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.
Yeni qaydalar "ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması" adlı bölmədə yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31