Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
30 Noyabr 2016 13:29 SiyasətAzərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, əziz qardaşım, Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".