Milli Məclis Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlayır

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlayır. Bunu parlamentin sədr müavini Bahar Muradova Milli Məclisin, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimat mərasimində deyib.

Milli Məclis Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlayır. Bunu parlamentin sədr müavini Bahar Muradova Milli Məclisin, "Qüdrətli Azərbaycan Naminə" İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatılarına Dövlət Şurasının birgə hazırladığı "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsinin təqdimat mərasimində deyib. Komitə sədri bildirib ki, yeni qanun layihəsi Xocalı soqırımının törədilməsindən 25 illiyi ilə bağlı hazırlanır. B.Muradova deyib ki, nəzərdə tutulan qanun layihəsi Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də çıxışında qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb. Deputat Azay Quliyev də çıxışında bildirib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd ədalət mühakiməsinin təşkil edilməsidir. A.Quliyev vurğulayıb ki, bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət kampaniyası" uğurla davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31