Qənirə Paşayeva deputatlara Xocalıdan danışdı
Millət vəkili Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzairdən olan deputatlarla görüşüb. “Olaylar”ın məlumatına görə, Azərbaycanın Qazaxıstan, İraq və Əlcəzairlə əlaqələrin inkişafına verdiyi önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmnuniyyət yaratdığını deyib.
8 İyun 2016 14:20 SiyasətMillət vəkili Qənirə Paşayeva Qazaxıstan, İraq və Əlcəzairdən olan deputatlarla görüşüb. "Olaylar"ın məlumatına görə, Azərbaycanın Qazaxıstan, İraq və Əlcəzairlə əlaqələrin inkişafına verdiyi önəmdən danışan millət vəkili parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin məmnuniyyət yaratdığını deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə də bağlı məlumatlar verib. Millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalıdır: "Buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar". Qazaxıstan, İraq və Əlcəzair millət vəkilləri də ölkələrinin Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyini deyərək, ikitərəfli münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.