“Sərhədsiz Reportyorlar”dan qondarma "DQR"-ə dəstək

İyunun 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz Reportyorlar” jurnlaistləri müdafiə təşkilatı Azərbaycan əleyhinə piket keçirməyə cəhd edib.

İyunun 7-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda "Sərhədsiz Reportyorlar" jurnlaistləri müdafiə təşkilatı Azərbaycan əleyhinə piket keçirməyə cəhd edib. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirilib ki, "Sərhədsiz Reportyorlar"ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ Respublikasının" da "bayrağı" qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin "bayrağı"nını hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat istəyiblər. "Sərhədsiz reportyorlar" təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına sükutla cavab veriblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri "bayrağı" yığışdırıblar.

Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları "Sərhədsiz Reportyorlar" jurnlaistləri müdafiə təşkilatının təşkil etdiyi aksiyada baş verən bu insidentlə bağlı təşkilatın mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi bir aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələbi əksini tapacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31