Kürdlər Türkiyə üçün ciddi təhlükəyə çevrilir

Onların əlində olan zenit artilleriya qurğuları Türkiyəni hədəfləməkdədir

Suriyada onsuz da kritik olan vəziyyət son bir neçə gün ərzində yenidən gərginləşib. Rusiyanın hərbi hava qüvvələrinin son iki gün ərzində Suriyanın bir neçə yaşayış məntəqəsini bombalaması beynəlalq aləm tərəfindən sərt təpki ilə qarşılaşıb. Həmçinin Rusiyanın bu addımı Ankara ilə Moskva arasında münasibətlərə də təsirsiz ötüşməyib. Bir müddət əvvəl baş verən təyyarə krizindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətlərinə son günlər Suriyada yaşanan olaylar da təsir edib. Belə ki, rəsmi Ankara Rusiyadan dinc əhaliyı qarşı hava zərbələrini dayandırmağı tələb etsə də, Rusiya da öz növbəsində Türkiyənin hərbi qüvvələrinin Suriya ilə sərhəddən geri çəkilməsini tələb edir. Qarşılıqlı ittihamların fonunda isə Suriyada hər gün onlarla dinc sakin həlak olur.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyir ki, Suriyada 2011-ci ildən başlayan daxili savaş beynəlxalq güclərin maraq dairəsinə daxil olaraq, bu günə kimi bitməyən, bütün ölkə boyu ərazidə terrorun yuvasına çevrilməklə davam etməkdədir. İnstitut rəhbəri deyir ki, savaşın nə vaxt bitəcəyini isə heç kim proqnozlaşdıra bilmir: "Çünki, burada böyük oyunçuların maraqları kəsişmir və hər birinin dəstək verdiyi silahlı terrorçu dəstələr bir-birinə qarşı vuruşur. Suriyada, əsas oyunçular arasında baş rolda olan Birləşmiş Ştatlar və Rusiyanın mövqeyi isə hazırda çıxılmaz bir yola gəlməkdədir. Suriyada artıq baş oyunçular, terrorçuları yaxşıya və pisə bölərək, ciddi rəqabət uğrunda bu, dəstələri silahlandırmaqdadırlar. Bunun nəticəsində,artıq region xaosa bürünüb". Politoloq deyir ki, Suriyada ABŞ-ın dəstək verdiyi terror təşkilatlarından biri kürdlərin YPG və PYD terror təşkilatlarıdır: "Bu, terror təşkilatları, Türkiyəyə qarşı 30-ildən çoxdur ki, terrorçuluq edən PKK terror təşkilatının bir qoludur. Və PKK bu, terror təşkilatları vasitəsilə lojistik dəstəyini artırmaqla,Türkiyə ərazisində geniş terrora yol açmaqdadır. Birləşmiş Ştatlar Türkiyə ilə müttəfiq olmasına baxmayaraq, PYD və YPG-ni terror təşkilatı kimi tanımır, əksinə onlara şimali Suriyada hərbi təlimlər keçərək silahlandırır. Artıq, silahlı kürd birlikləri ABŞ-ın yardımı ilə şimali Suriyada mövqelənib. Bununla bərabər, Rusiya və ABŞ-ın YPG ötürdüyü silahlar PKK ötürülərək son aylarda türk hərbiçilərinə qarşı çevrilməkdədir: "ABŞ hazırda, İŞİD-in mərkəzi hesab olunan Suriyada Rakka şəhərinə qarşı kürd terrorçuları ilə birgə hücum əməliyyatları hazırlayır və onlarla birgə hərəkət edirlər. Hətta, Birləşmiş Ştatlar hərbiçiləri terrorçu kürd silahlılarının geyimlərini və emblemlərindən istifadə etməkdədirlər. Bununla, Birləşmiş Ştatlar Suriyada kimlərə önəm verəcəyini indidən mesajını verməkdədir". Məhəmməd Əsədullazadənin sözlərinə görə, Suriyada Birləşmiş Ştatların "B" planı işə salınıb: "Türkiyənin ciddi ittihamlarına rəğmən, Şimali Suriyada kürdlərə yerli muxtariyyət veriləcək. Şimali İraq prezidenti buna misaldır. Türkiyə Suriya siyasətində ciddi səhvlərə yol verərək, oyuna gəlib. Burda udan tərəf kürdlər, İsrail və Birləşmiş Ştatlardır". Politoloq onu da deyib ki, Türkiyə Suriyada türkmənlərə sahib çlxmayaraq, məğlub durumunu yaşamaqdadır: "İraqda da AKP türkmənlərə sahib çıxmadı, orada mövqelərini əldən verdi. AKP-nin hazırkı siyasəti, artıq Suriyada yaşanmaqdadır. Türkmənləri silahlandırıb, Türkiyənin bütün maraqların təmin edə bilərdilər. Bu,Türkiyənin ərazi bütövlüyünü və suverenliyinə qarşı daha etibarlı olardı. Artıq, kürdlər Türkiyə üçün ciddi təhlükə olaraq, silahlanmaqdadırlar. Hazırda, onların əlində zenit raketlər, artilleriya qurğuları Türkiyəni hədəfləməkdədir. Birləşmiş Ştatlar Şimali Suriyada kürd muxtariyyətin yaradıb, şimali İraqdakı kürd muxtariyyətlə birləşdirərək,Yaxın Şərqdə Türkiyənin parçalanmasına yol açan yeni dövlətin-Kürd dövlətinin yaradılmasının əsası qoyulacaq. Proseslər ona doğru gedir. Hazlrda, AKP. "Fırtına"topları ilə öz sərhədləri daxilindən Suriyada YPG-yə atəş açmaqla işin bitmiş hesab etməkdədir. Göründüyü kimi zaman, Türkiyənin əleyhinə işləyir".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31