Obama: "Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır”
1 İyun 2016 11:31 Siyasət"Mən 23-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar sizi təbrik edirəm. Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır". Məlumata görə, bu sözlər ABŞ prezidenti Barak Obamanın Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin iştirakçılarına göndərdiyi təbrik məktubunda yer alıb. B. Obama bildirib ki, ABŞ Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və hərtərəfli inkişafını dəstəkləyir: "ABŞ Azərbaycanın ən böyük tərəfdaşı olmaqda davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31