Devid Kameron: “Azərbaycanın enerji resursları dünya iqtisadiyyatında böyük rol oynayır”
1 İyun 2016 11:24 Siyasət"Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində böyük rol oynamada davam edir". APA-nın məlumatına görə, bu, Böyük Britaniyanın baş naziri Devid Kameronun Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışı ilə bağlı təbrik məktubunda yer alıb. D. Kameron Azərbaycanı Cənub Qaz Dəhlizində oynayacağı rolla bağlı təbrik edib: "Mən sevinirəm ki, bp və Böyük Britaniya, bir sıra şirkətlər layihənin inkişafına öz töhfəsini verəcək. Bütün tərəfdaşlara bir daha uğurlar arzulayıram. Sərginin uğur qazanacağına inanıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31