MSK-nın Mətbuat qrupunun rəhbəri dəyişib

Bu gün Mərkəzi Seçki Komissiyasının Mətbuat qrupunun iclası keçirilib. Məlumata görə, iclasda Mətbuat qrupunun yeni sədri seçilib. Yeni sədr MSK üzvü Qabil Orucov olub.

Qeyd edək ki, indiyədək qrupa Vəkillər Kollegiyasının sədri, MSK üzvü Azər Tağıyev rəhbərlik edib. Onu da əlavə edək ki, MSK-nın tərkibi yenidən formalaşanda Mətbuat qrupu da yenidən formalaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31