Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
31 May 2016 15:50 SiyasətLiberiya Respublikasının Prezidenti Ellen Conson-Serlif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində Azərbaycan xalqına və Hökumətinə Liberiya Respublikasının xalqı və Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan xalqı milli bayramını qeyd etdiyi bir vaxtda bu təntənənin beynəlxalq sülhün və sabitliyin BMT-nin prinsiplərinə uyğun olaraq daha da inkişaf etdirəcəyinə dua edirik.
Əminik ki, Liberiya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli səmimi əlaqələr ölkələrimizin və xalqlarımızın əməkdaşlığını daha da gücləndirəcək.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
X X X
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının adından və şəxsən öz adımdan Zati-alinizə cansağlığı və xoşbəxtlik arzu edirəm. Qoy Sizin ölkənizin xalqı sülh və tərəqqi içində yaşasın".
X X X
İsrailin Prezidenti Reuven Rivlin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına İsrail xalqı adından və şəxsən öz adımdan davamlı inkişaf, rifah arzulayır, səmimi təbriklərimi çatdırıram.
Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".
X X X
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin dost xalqlarımızın mənafeyi naminə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimiz bundan sonra da davam edəcək.
Zati-aliləri, xahiş edirəm yüksək ehtiramımı qəbul edin".
X X X
Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Monqolustan ilə Azərbaycan arasındakı ənənəvi dostluq münasibətləri xalqlarımızın maraqları naminə daha da inkişaf edəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, dost Azərbaycan xalqına firavanlıq arzu edirəm".