Ermənistan danışıqları pozacaq

"Ermənistanın hakim partiyasının parlamentdəki depudatı iki gün bundan əvvəl keçirdiyi mətbuat konfransında Azərbaycanın "dörd günlük" müharibə də düşməndən geri aldığı ərazilərin sentyabrın birinə kimi geri qaytarılması istiqamətində açıqlaması, Ermənistan rəhbərliyinin danışıqları yenidən pozmaq və heç bir güzəştə getməmək mesajıdır". Bu barədə açıqlamanı "OLAYLAR"-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, bu açıqlamanın prezidentlərin iyunda razılaşdırılmış görüşü ərəfəsində verilməsi erməni tərəfinin hələ də status-kvonun saxlanmasına və güzəştə getməməsinə hesablanıb: "Ümumiyyətlə, prezidentlərin iyunda görüşü baş tutarsa və danışıqlar yenidən atəşkəsin qorunub saxlanması istiqamətində aparılacaqsa, bu görüş münaqişənin həllində sülh yolunun olmamasının göstəricisi sayılacaq". Politoloq deyib ki, sülh danışıqlarına Ermənistan tərəfi ilkin olaraq,Qarabağ ətrafı rayonların boşaldılmasından başlamalıdır: "Görünür,Ermənistan buna hazır deyil və növbəti dəfə danışıqları pozacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31