Rusiya Azərbaycana qaz ixrac etmək niyyətindədir
31 May 2016 14:17 SiyasətQazprom şirkəti bununla bağlı danışıqlara hazırlaşır. Rusiyanın "Qazprom" şirkəti Azərbaycana təbii qazın mümkün nəqli ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindədir. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı danışıqlar artıq bu ilin iyun ayında baş tutacaq.
***
"Qazprom"un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev mətbuat konfransında bildirib ki, Azərbaycan tərəfinin Rusiya qazının alınmasına marağı var: "Yaxın vaxtlarda, hətta ola bilər ki, Peterburq iqtisadi forumunda növbəti görüş keçirilsin və Azərbaycan tərəfinin tələbatı dəqiqləşdirilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31