Stoltenberq: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli olduğuna inanmırıq”
31 May 2016 14:10 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə tənzimlənməsinin və atəşkəs rejiminə hörmət edilməsinin vacibliyini bildirdik". Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Varvaşa Univeristetində erməni tələbənin Azərbaycan və Ermənistan təmas xəttində baş vermiş son hadisələrlə bağlı sualını cavablandırarkən deyib. NATO-nun hadisələr zamanı sakit qalmadığını söyləyən Y. Stoltenberq təşkilatın bəyanatda çıxış etdiyini xatırladıb: "Biz bununla bağlı bəyanat verdik. Hər iki tərəfə atəşkəs rejiminə hörmət edilməsi ilə bağlı müraciət etdim. Münaqişənin hərbi yolla həllinə inanmıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31